400 min dollar: Ailəsi üçün özünü satışa çıxardı

ABŞ-ın Nevada ştatında 20 yaşlı bir gənc qız evlərinin yanıb kül olmasından sonra ailəsinə maddi dəstək olmaq üçün özünü hərracla satışa çıxardı.
Katherine Stone adlı gənc qız Nevadada qanuni bir genelevde (fahişəxana) bəkarətini satışa çıxardı. Seattle ‘də ailəsiylə birlikdə yaşadığı evlərinin yanmasından sonra çətin günlər keçirdiklərini söyləyən Stone ailəsinin yeni bir ev alması üçün "genelev" administratoru Dennis Hofa müraciət etdiyini söyləyib. Gördüyü elanı qiymətləndirən gənc qız ailəsi üçün bu fədakarlığı etmək istədiyini ifadə edib. Katherine Stone "bunu edirəm, çünki ailəmi çox sevirəm" deyir. Bu anda "genelevde" yaşayan Katherine üçün verilən ən yüksək rəqəm 400 min dollara çatıb. CNN-ə danışan gənc qız "Mən doğru seçimi etdim. İqtisadiyyat pis olduğu üçün məni günahlandıra bilərsinizmi?" söyləyir. Katherine ilk dəfə əlaqə quracağı adamla bağlı bunları söyləyir: "Aramızda bir bağ hiss edə biləcəyim bir kişi üçün gözləyirəm. Bu təcrübə ikimiz üçün də xüsusi olmalıdır. Bu yalnız pulla əlaqədar bir vəziyyət deyil."