76 min adamla qucaqlaşıb, 110 min şəkil çəkdirib

Binəli Yıldırım İstanbulu iki dəfə başdan - başa gəzib



Türkiyənin hakim partiyası AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsi başçısına namizədi Binəli Yıldırımın seçki dövründə 370 min addım atdığı, 110 min şəkil çəkdirdiyi bildirilir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Binəli Yıldırımın seçki qərargahı kampaniya müddətindəki maraqlı rəqəmləri paylaşıb. Hərəkətli bir kampaniya dövrü keçirən Yıldırımın İstanbulun bütün mahallarını ən azı bir dəfə ziyarət etdiyi bildirilir.

Bu ziyarətlərdə vətəndaşların böyük marağı ilə qarşılaşan namizədin təxminən 76 min adamla qucaqlaşdığı, selfiləri və xatirə şəkilləri də daxil, ortalama 110 min kadrların lentə alındığı qeyd edilib.

Seçki kampaniyası daxilində 234 nitq söyləyən Binəli Yıldırımın, bu gəzintilər boyunca 370 min addım atdığı, İstanbulun bir ucundan o biri ucuna 135 kilometr olduğu nəzərə alınarsa, onun şəhəri iki dəfə gəzəcək qədər məsafə qət etdiyi məlum olur.

Turan