ABŞ Dövlət Departamentinin bəyanatında Erməni lobbisinin "barmağı" var
10:35 11.01.2018
Arxiv
574
Rövşən Rzayev: "Amerika belə bəyanatlar verməklə məşğul olmaq əvəzinə, həmsədr ölkə olaraq Minsk qrupunun daxilində qətiyyətli mövqe sərgiləməlidir”
"ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında bəyan etdiyi ədalətsiz fikirlərin arxasında erməni lobbisi dayanır”.
Bunu "Sherg.az”a ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən millət vəkili Rövşən Rzayev deyib. O diqqətə çatdırıb ki, erməni lobbisi işğalçı siyasətini ört-basdır etmək üçün bütün imkanlarından istifadə edir:
"Həqiqətdə isə Azərbaycan stabil dövlətdir. Bu stabillik uzun illərdir qorunur. Ölkəmizdə müxtəlif sahələrdə kifayət qədər uğurlu layihələr, beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etməsini dəstəklədiyini dəfələrlə bəyan edib.
ABŞ Dövlət Departamentinin zaman-zaman belə qərəzli açıqlamalar səsləndirməsi ikili standartların nəticəsidir. Bir daha qeyd edirəm ki, bunun arxasında erməni lobbisi dayanır. Amerika belə bəyanatlar verməklə məşğul olmaq əvəzinə, həmsədr ölkə olaraq Minsk qrupunun daxilində qətiyyətli mövqe sərgiləməlidir”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də departamentin açıqlamasına münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir: "Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1″ yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş Qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş Qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə