ABŞ Ermənistandakı vətəndaşlarına niyə xəbərdarlıq edib ? - Daxili terror şiddətlənə bilər
10:33 13.12.2018
Arxiv
556
"ABŞ-ın İrəvandakı səfirliyi tərəfindən Ermənistana səfər edən amerikalıların təhlükəsizlik riskləri ilə bağalı xəbərdarlıq edilməsi Ermənistandakı sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, seçkinin faktiki olaraq baş tutmaması, sadəcə saxtalaşdırma vasitəsilə yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi, seçicilərin, səssiz etiraz üsulu ilə seçkini boykot etməsi onsuz da çoxsaylı problemi olan cəmiyyəti sosial partlayış həddinə yaxınlaşdırıb:
"Belə vəziyyət ciddi qarşıduma və daxili terrorla daha da şiddətlənə bilər. Bunun üçün Ermənistanda ciddi əsaslar və təcrübə var. İşğalçı ölkədə parlamentin gülləbaran edilməsindən başlamış ən müxtəlif terror növlərinə son illərdə rast gəlinir. Çünki bu cəmiyyətin səciyyəvi keyfiyyətlərindən bir terrora meyilli olması, yaxud problemi radikal zorakı metodlarla həll etməyə istəkli olması ilə bağlıdır. Belə olan halda əlbəttə ciddi ölkələr öz vətəndaşlarını xəbərdar etməlidir. Ehtimal etmək olar ki, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələr də bənzər qərərlar qəbul edə bilərlər”.
Parlament üzvü bildirib ki, məsələnin sosial tərəfləri ilə bərabər siyasi tərəfləri də var:
"Heç vaxt siyasi müvazinəti qoruya bilməyən və ciddi siyayi dairələrdə küçə siyasətçisi imicini qazanan Paşinyan seçkidən dərhal sonra yenə növbəti anlaşılmaz bəyanatlar verməyə başladı. Onlardan biri də NATO-ya üzvlüyün Ermənistan üçün prioritet olması ilə bağlı idi.
Həm seçkinin saxtalaşdırılması, həm də birdən-birə anti-Qərb əhval-ruhiyyəli hesab edilə biləcək belə bir fikrin səsləndirilməsi ciddi məqamlardır. Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edə biləcəyik ki, bu da həm daxili müstəvidə, həm də dövlətlərarası müstəvidə mümkün ola bilər”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirliyi Yeni il ərəfəsində bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib. Onlardan daha ayaıq-sayıq olmaq tələb edilib. Xəbərdarlıqda bildirilib ki, Ermənistanda bayram mövsümündə ənənəvi olaraq cinayətkarlıq, xüsusən, soyğun, oğurluq halları artır: "Ekstremistlər qərb sakinlərinin tez-tez ziyarət etdikləri ticarət mərkəzləri, aeroport, klublar, restoranlar, nəqliyyat qovşaqları kimi turistik məkanlara fokuslanmağa davam edirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya