ABŞ qoşunlarının Suriyadan çıxarılması: Ankarada detallar müzakirə olunub
14:50 08.01.2019
Arxiv
451
"Amerika Birləşmiş Ştatlarının qoşunlarının Suriyadan çıxarılması barədə qərarından sonra ABŞ nümayəndə heyəti ilə bu prosesin detallarını müzakirə etdik. Türkiyə ilə sərhəddə daxil olmaqla Suriya torpaqlarının terrorçulardan tamamilə təmizlənməsi olduqca vacibdir. Biz PYD/YPG-də daxil olmaqla terror təşkilatlarına və digər ünsürlərə yeni fürsətlər verməməliyik. Bununla da, Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik bərqərar olacaq, eyni zamanda, suriyalıların terror hücumlarından və digər təhlükələrdən xilas olmaları təmin ediləcək".
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Türkiyənin İŞİD-lə mübarizədə lap əvvəldən öndə gedən ölkələrdən olduğunu söyləyən İbrahim Kalın bildirib ki, ölkəsi "Fərat qalxanı” hərəkatı ilə Cerablus, Əl-Bab xəttini İŞİD terrorçularından təmizləməklə üzərinə düşən öhdəliyi yerinə yetirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm