ABŞ sanksiyalarının nəticələri ciddi olacaq: Çin bu şirkətlərə xəbərdarlıq etdi
17:28 10.06.2019
Arxiv
653
Çin hökuməti ABŞ tərəfindən təyin edilmiş qadağalara riayətin edilməsinin ciddi nəticələrə gətirib çıxardacağı barəsində xarici şirkətlərə xəbərdarlıq edib.
Lent.az technote-a istinadən xəbər verir ki, keçən həftə Çin hökuməti bəzi şirkətlərlə bağlı görüş keçirib.
Həmin görüşdə Intel, Qualcomm, ARM Holdings PLC, SK Hynix, Microsoft, Samsung Electronics, Dell Technologies və Nokia Corp. şirkətləri iştirak ediblər.
Həmin bağlı görüş çərçivəsində Çin hökumətinin təmsilçiləri ABŞ hökumətinin təyin etdiyi qadağalara əməl edilməsinin həmin şirkətlərə ciddi nəticələr yaradacağından danışıblar. Xarici şirkətlər ilə bağlı görüş məhz Çin hökumətinin də özünün qara siyahısını yaratması bəyanatından sonra təşkil olunub. Bu isə ABŞ prezidenti Donald Trump-ın administrasiyasının Huawei şirkətinə qoyduğu qadağaya cavabdır. Qeyd etmək lazımdır ki, may ayının ortasında Huawei şirkəti ABŞ hökuməti tərəfindən qara siyahıya salınaraq onun ABŞ bazarındakı fəaliyyətinə qadağa qoyulmuşdu.
Həmin qərardan sonra Google, Intel, Qualcomm, Broadcom, ARM kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını dayandırdılar. Lakin sonradan ABŞ hökuməti güzəştə gedərək Huawei şirkətinə 90 günlük lisenziya təqdim etdi. Həmin lisenziya çərçivəsində şirkət ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. 90 günlük lisenziyanın müddəti isə 19 avqust tarixində sona çatacaq. Bağlı görüşdə iştirak etmiş şirkətlərin özləri isə keçirilmiş həmin görüş barəsində fikir bildirməkdən imtina ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial