S.Cəlaloğlunun sözlərinə görə, Türkiyə-Amerika əlaqələrində 3 böyük çat əmələ gəlib:
ABŞ-Türkiyə gərginliyi qlobal böhrandır – “Ağ Evə görə, hamı Amerikaya xidmət etməlidir”
13:05 17.08.2018
Arxiv
764
"ABŞ-Türkiyə gərginliyinin arxasında qlobal iqtisadi böhran dayanır. Böhranın aradan qaldırılması üçün dünyanın idarəedilmə mexanizmində dəyişiklik olmalıdır”.
Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu deyib.
Gərginləşən ABŞ-Türkiyə münasibətləri ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu səbəbdən "dünya 5-dən böyükdür” prinsipini irəli sürürdü:
"Ərdoğan BMT-nin buraxılmasını, onun əvəzinə ədalətli qurumun formalaşması ideyasını müdafiə edir. Tanınmış sosioloq və siyasətçilər də bu təklifi dəstəkləyirlər. Reallıq odur ki, ABŞ birqütblü dünya yaratmaq uğrunda mübarizə aparır. Ağ Evə görə, hamı Amerikaya xidmət etməlidir. Çin, Rusiya, İran və Türkiyə, o cümlədən Avropa ölkələri Trampın niyyətini bildikləri üçün ona müqavimət göstərirlər. O baxımdan indiki qarşıdurma sadəcə ABŞ-Türkiyə arasında deyil, eləcə də ABŞ-la Rusiya, İran, Çin, Yaponiya və Avropa ölkələri arasında cərəyan edir. Bu ölkələr Amerikanın "dünya hegemonluğu”nu qəbul etmirlər”.
S.Cəlaloğlunun sözlərinə görə, Türkiyə-Amerika əlaqələrində 3 böyük çat əmələ gəlib: "İlk problem ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması oldu. İkincisi, Menbiç məsələsidir ki, Vaşinqton orada bir kürd dövləti yaratmaq istəyirdi. Lakin Türkiyənin qəti mövqeyindən sonra geri addım atdı. Üçüncüsü isə İranın blokadaya alınması ilə bağlıdır. Amerikanın xarici siyasətdəki 3 böyük cəhdinə məhz Türkiyə mane olub. Sovet imperiyası dağılandan sonra dünya iki qütbə ayrılıb - xristianlar və müsəlmanlar. Xristian dünyasına ABŞ başçılıq edib. İslam dünyasına rəhbərlik edə biləcək güclü bir dövlət mövcud olmayıb. Bu baxımdan Ərdoğan Osmanlı və xilafət ənənələrindən çıxış edərək digər islam ölkələrinin maraqlarını qoruyan "özək dövlət” iddiası ilə çıxış etməyə başlayıb. Şübhəsiz ki, bu cəhd Amerikanı qane etmir. ABŞ öz yanında Səudiyyə Ərəbistanı kimi anti-demokratik, gücsüz və itaətkar bir dövlət görmək istəyir”.
Politoloq bildirib ki, hansısa müsəlman dövləti ABŞ-ın qarşısında güc olmaq iddiası ilə çıxış edibsə, dərhal Qərbin təzyiqləri və təhdidləri ilə üz-üzə qalıb:
"İraqda Səddam Hüseyni, Liviyada Müəmmər Qəddafini, Misirdə Məhəmməd Mursini buna misal gətirmək olar. Türkiyə digər ölkələrdən fərqləndi və Amerikanın "tək qütblü dünya” sisteminə cəsarətlə qarşı çıxdı. Mən hazırda Türkiyəyə qarşı aparılan mübarizənin effektli olacağına inanmıram. Rusiya, İran, Pakistan, hətta böyük iqtisadi gücə malik Çin Türkiyənin yanında olduqlarını qeyd edirlər. Bir çox ölkə Türkiyəni iqtisadi krizisdən çıxarmaq üçün səfərbər olub. Hər kəs anlayır ki, Amerikanın təzyiqləri ədalətsizdir və məqsədlidir. Avropa ölkələri də bunu dərk edirlər və Trampa qarşı çıxırlar. Hətta ABŞ-ın özündə belə Ağ Ev rəhbərinin əleyhinə olan xeyli tanınmış siyasətçilər, güc mərkəzləri var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media