"Abşeron" Gənclər Şəhərciyində YANĞIN - Sakinlər təxliyyə olundu

"Yanğına səbəb binaların qazlaşdırılmamasıdır"


Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Sherg.az- ın hadisə yerində olan müxbirinin verdiyi məlumat görə, yanğın  "Abşeron" Gənclər Şəhərciyindəki 19-cu yaşayış blokunun 9-cu mərtəbəsində qeydə alınıb. Hadisəyə səbəb kimi elektrik kabellərindəki qısaqapanma göstərilir. Şəhərcikdə əksər binalar qazla təmin olunmadığından sakinlər elektrik qızdırıcılardan istifadə edir ki. bu da, elektrik xəttlərində gərginlik  yaradır. Və sonda yanğın hadisələri baş verir. Demək olar ki, qış aylarında şəhərcikdə bu cür hadisələrə çox rast gəlinir.
. 
Qeyd edək ki,   Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.

....

Təhlükəsizlik təmin olunub və sakinlər evlərinə qayıdıblar. 

Ayyət