Akif Aşırlı: “Dövlət-xalq münasibətlərinə zərər vermək istəyən xarici qüvvələr var”
08:25 11.07.2018
Arxiv
751
"Ümumiyyətlə, bu cür çağırışlar və təxribat hallarına qarşı cəmiyyətin ən fəal ziyalı kəsimi, media strukturları mənfi münasibətini bildirməli və buna qarşı təbliğat aparılmalıdır”.
Bunu SİA-ya açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Onun sözlərinə görə, cəmiyyətdə inamsızlıq yaradan, dövlət-xalq münasibətlərinə zərər vermək istəyən xarici qüvvələr var: "Son terror aktında biz bunu müşahidə etdik. Yəni həm Gəncənin icra başçısına qarşı yönələn terror aktı, həm də dünənki hadisələr onu göstərir ki, Azərbaycanın daxilində dövlətə qarşı inamsızlıq yaratmaq istəyən, vətəndaş itaətsizliyinə yönələn hərəkətləri dəstək verən həm daxildə, həm də xaricdə qüvvələr var və bu qüvvələrdə bəllidir. Bunlara qarşıda mübarizə aparmaq lazımdır.
Bizim üçün ən önəmlisi Azərbaycanın sabitliyinin daim qorunub saxlanılmasıdır. Çünki sabitlik olmasa problemlər həll olmaz və inkişaf da olmaz. Birinci növbədə sabitliyi poza biləcək, amillərin aradan qaldırılmasına yönəlik hüquq mühafizə orqanlarının apardığı o tədbirlər ki, var, o tədbirlərlə yanaşı media strukturları, ziyalılar da hərəkətə keçməli və cəmiyyətdə sağlam ab-havanın yaranmasına çalışmalıdırlar. Təəssüf edirəm ki, sosial şəbəkələrdə arzuolunmaz bir səviyyədə həm təbliğat gedir, həm də müzakirələr açılıb. Bizim yeganə bir dövlətimiz var, müstəqil Azərbaycan dövləti. Bu dövlətində ətrafında hamı birləşməli və dövlətin təhlükəsizliyini təmin etməlidir və hamı bir vətəndaş kimi buna borcludur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət