Akif Əlizadə: "İrəvanın Azərbaycan torpağı olması barədə yeni sübutlar var"




İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

O, bildirib ki, ilk dəfə olaraq Azərbaycan və xarici alimlər birlikdə Qafqazın tektonik xəritəsini hazırlayıblar:

"Tarixçilər İrəvanın Azərbaycan tarixi torpağı olması barədə yeni sübutlar əldə edib. Həmin xəritədə xristian əhalinin olması barədə uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar”.

Akif Əlizadə AMEA-nın magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayının artdığını da qeyd edib.