
Alim gileyləndi: "Orta məktəblərdə astronomiya dərsləri bərbad günə salınıb"
08:39 27.03.2019
Arxiv
658
"Azərbaycanımızın orbitdə 3 peyki dövrə vurur. Qoy vursun, qanadlarına qüvvət. Canım Azərbaycanın adına olan hər şey ürəyimcədir. Yaxşı, bəs bu qədər uğurlara gediriksə bizim orta məktəblərdə astronomiyanın qanadını vurub qırmaqla nəyə xidmət etmiş olublar? Bəlkə arxayınıq ki, kosmik gəmilərimizi Amerika şirkəti istehsal edəcək, Fransanın kosmodromundan da hansısa inkişaf etmiş ölkənin daşıyıcı raketi orbitə çıxardacaq.
Bunu "Sherg.az"a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, alim Yusif Alıyev bildirib.
O ironik tərzdə diqqətə çatdırıb ki, doğrudan da düşüncələr budursa, ümumiyyətlə, heç astronomiya dərsi keçməyə gərək yoxdur:

"Bu baxımdan da düşünürəm ki, orta məktəblərdə astronomiya dərslərinin yerinə din, daha doğrusu Quran tədris olunsun. Sağlıq olsun, sabah onun-bunun kosmodromundan kosmosa çıxaracağımız 6-cı, 7-ci, 10-cu peykimizdə hansısa əcnəbinin yanında köməkçi bir müsəlmanın da uçmağına ehtiyac olarsa, onda bizim orta məktəbdə dini dərindən öyrənmiş insanımız yada düşəcək.
Və o, orbitdə eşidilən qarışıq səsin azan səsi olduğunu dinsiz kosmonavta başa salacaq. Dinimizin qüdrətini anladaraq sonda astronomiya elmindən bixəbər olmağımızı ört-basdir etmiş olacaq. Bu mənada dinimiz həmişə bizə elmimizdən daha çox köməkdarlıq etmiş olur".
Sonda Y.Alıyev acı sarkazmla onu da əlavə edib ki, buna görə də astronomiya dərslərinin orta məktəblərdə bərbad günə salınması ilə bağlı narahat olmağa dəyməz.
Aydın Baxış
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət