
"Almaniya Türkiyə və Rusiya ilə münasibətlərin korlanmasını istəmir" - İZAH
14:05 20.08.2018
Arxiv
633
"Almaniya dünya diplomatiyasında böyük rol oynamağa başlayıb. Bu dövlət Yaxın Şərqdə, Cənubi Qafqazda, Avropada öz siyasi xəttini yeridir”.
Bunu "Sherg.az”a Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında keçirilən görüşün əhəmiyyətindən danışarkən "Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu söyləyib.

O bildirib ki, Almaniya Avropanın lider dövlətinə çevrilməkdə olduğundan bu prosesdə ona müttəfiqlər lazımdır:
"Donald Trampın ABŞ prezidenti seçildikdən sonra yürütdüyü siyasət bir çox Avropa ölkələrini narazı salır. Almaniya da Türkiyə və Rusiya ilə münasibətlərinin korlanmasını istəmir. Bu xüsusilə, Almaniyanın Avropanın əsas güc mərkəzinə çevrilməsi üçün lazımdır. Rəsmi Berlin Rusiya ilə münasibətlərin korlanmasının vaxt, maliyyə, enerji itkisi olduğunu dərk edir. Angela Merkel Rusiya ilə yaxınlaşmaq və münasibətləri qaydasına salmaqda maraqlıdır. Uzun müddət davam etməsə də, aralıq müddətdə Rusiya və Almaniya arasında əməkdaşlıq mümkündür. Bu yaxınlaşmanın zorən müttəfiqlik kimi dəyərləndirməyin tərəfdarıyam”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ilə Almaniya kansleri Angela Merkel arasında Mezeberq qəsrində keçirilən görüş üç saat davam edib. Görüşdən əvvəl mətbuata bəyanatlarla çıxış edən A.Merkel və V.Putin qeyd ediblər ki, işçi nahar formatında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Həmçinin bildirilib ki, söhbət zamanı Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, "Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət müzakirə olunacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya