Analitik: Ermənistan ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir
06:19 22.08.2018
Arxiv
645
Ermənistan ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir.
Bunu Trend-ə analitik-icmalçı Ehtiram Aşırlı erməni hərbi qulluqçuların xidmətdən yayınmağa davam etməsini şərh edərkən deyib.
E.Aşırlının qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Xəstəxanasından 18.08.2018-ci il tarixində 4 əsgərin hərbi xəstəxanada uzunmüddətli müalicə aldığı bildirilib, lakin onlar tam sağalmayıb, son müalicəni almayıb və xidmət yerinə getməkdən imtina ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə nazirinin müavini Qabriel Balayan, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis Şöbəsinin rəisi, polkovnik Aleksandr Avetisyan və digər rəsmi şəxslər məsələni aydınlaşdırmaq üçün xəstəxanaya səfər ediblər. Səfər zamanı müxtəlif hərbi hissələrin dörd hərbi qulluqçusu nazirliyin Mərkəzi Hərbi Komissiyası tərəfindən tanıdılıb və onların xidmət yerinə qayıtmaq istəmədiklərini bildiriblər. Müdafiə Nazirliyinin müvafiq hərbi qulluqçuları tərəfindən aparılan izahat işinin nəticəsi olaraq, Hovhannisyan və A.Avoyan hərbi hissəyə qayıtmağa və xidmətini davam etdirməyə hazır olduğunu bildirib. Hərbi Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Kirakosyan və Y.Qukasyan nazirliyin N saylı hərbi hissəsinə köçürülüb. Lakin hərbi hissələrinə, xidməti yerlərinə qayıtmaq istəməyən əsgərlərlə bağlı cinayət işi başlanıb və araşdırma aparılır".
Analitikin sözlərinə görə, işğalçı ölkənin müdafiə naziri dəyişəndən sonra da (David Tonoyan gələndən) ölkənin ordusunda əsgərlərin hərbi xidmətdən yayınmasının, fərarilik hallarının azalması əvəzinə, daha da artma halları müşahidə olunur. Bu o deməkdir ki, heç də Tonoyanın bəyan etdiyi kimi ordusunun əsgərləri psixoloji cəhətdən hazır deyil:
"Ermənistan ordusunda vətəndaşların və hərbi qulluqçuların xidmətdən yayınmaları heç də təsadüfi hal deyil. Belə ki, Ermənistan ordusunda təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması vətəndaşların və hərbi qulluqçuların xidmətdən yayınmasına başlıca səbəbdir. İşğalçı ölkənin ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir. Bir müddət sonra David Tonoyan orduda xidmət etməyə adam tapmayacaq və özü təkbaşına xidmət edəcək. Digər tərəfdən, Ermənistan ordusu ruhi dispanser kimi fəaliyyət göstərəcək, David Tononyan da psixi problemləri olan hərbi qulluqçularına "dəlilik kağızı" yazmaqla məşğul olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə