Aramsız yağış sürüşmə zonalarında təhlükəli vəziyyət yaradıb
20:14 18.10.2016
Arxiv
495
Rafiq Həsənov: “Ən təhlükəli sürüşmə zonası Zığ qəsəbəsi hesab olunur”
Oktyabrın 16-dan ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur. Paytaxt başda olmaqla bölgələrdə güclü yağış yağır, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın həddindən artıq yağmurlu keçməsi isə sürüşmə zonaları ilə bağlı narahatlığı artırıb.
Son günlər respublika ərazisində müşahidə olunan yağışlı hava şəraitinin sürüşmə sahələrini aktivləşdirdiyini vurğulayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov "Şərq”ə açıqlamasında qrafiklərinin həddindən artıq gərgin olduğunu deyib: "Sürüşmə zonalarının əksəriyyətində nisbi aktivlik müşahidə olunur. Xüsusən də, intensiv yağan yağışlar nəticəsində Zığ qəsəbəsində sürüşmə aktivləşib. Torpaq qatında və bəzi tikililərin divarlarında olan çatlarda genişlənmələr müşahidə olunub. Analoji hadisələr Masazır sürüşmə zonasında da qeydə alınıb. Nazim Əsədov küçəsi ilə Qır gölü arasındakı maili yamacda çökmə oturma prosesi ilə yanaşı, qurunt sularının səviyyəsinin qalxması nəticəsində uçqun proseslər müşahidə olunur”.
Geoloq bildirib ki, ən təhlükəli sürüşmə zonası Zığ qəsəbəsi hesab olunur: "Bu, təzə deyil, ötən əsrin 80-ci illərindən bu ərazidə proses gedir. 30 ildən artıq bir müddətdir ki, həmin ərazi diqqət altındadır. Eyni zamanda həmin ərazidə əhali məskunlaşıb. Bu da sürüşməyə təsir edən faktordur. Yağışların yağması isə prosesin dinamikasında aktivlik yaradır”. Bir neçə rayonda subasmalar olduğunu vurğulayan dəstə rəisinin sözlərinə görə, Sabunçu rayonu Şuşa qəsəbəsi, "Daş karxanası” deyilən yaşayış massivində yüksək atmosfer çöküntülərinin təsirindən qurunt suları qalxması və ərazinin bəzi yerlərində evlərin və həyətlərin su ilə basılması müşahidə olunub. Bu ərazilərdə qurunt sularının səviyyəsi yer səthinə çox yaxın olduğu üçün yağıntının miqdarı artıq olan kimi vəziyyət gərginləşir. Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında 16-dan artıq sürüşməyə meyilli zona olsa da, hələlik ciddi bir proses müşahidə olunmayıb: "Bundan əlavə isə 10-a yaxın həssas sahələr də var. Tərəfimizdən həmin sahələrdə vaxtaşırı monitorinqlər aparılır. Son günlər intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivləşmə müşahidə olunur. Amma intensiv yağışlar bütün sahəni əhatə eləmir. Bəzi lokal sahələrdə, torpaqlarda olan çatlarda genişlənmələr müşahidə olunur”. R.Həsənov hesab edir ki, sürüşmə prosesi həm təbii, həm də texnogen amillərin təsirindən yaranır: "Yağışlar sürüşmə zonalarına çox təsir edir. Belə proqnozlaşdırılır ki, intensiv yağışlar sürüşmə zonalarında aktivlik yarada bilər”. Qeyd edək ki, dəstə rəisi Bakı avtovağzal kompleksinin ərazisindəki çökmə, oturma prosesinin tamamilə aradan qaldırıldığını deyib: "Sanki orada heç bir sürüşmə hadisəsi baş verməyib. Təmirdən sonra vəziyyət tam stabilləşib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət