Arvadını öldürən hakim həbs olundu

Arvadını öldürməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.
"Sherg.az" APA-ya istinadən bildirir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. F. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə mayın 30-da gecə saatlarında paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub.