Astarada dərmandan zəhərlənən yüz başdan çox iribuynuzlu heyvan tələf olub
12:52 21.08.2018
Arxiv
767
Astara rayonunda yüz başdan çox iribuynuzlu heyvan tələf olub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə avqustun 20-də rayonun Ərçivan qəsəbəsindəki şəxsi təsərrüfatlardan birində qeydə alınıb.
Təsərrüfat sahibi olan Şaban Məmmədov bildirib ki, Astara rayonundakı baytarlıq aptekindən gənə əleyhinə dərman preparatı alıb və təlimata uyğun şəkildə hazırlayaraq istifadə edib: "Heyvanları dərmanladıqdan bir müddət sonra təsərrüfatda olan yüz başdan çox iribuynuzlu heyvan bir-bir tələf olmağa başlayıb". O, dərmanın keyfiyyətində problem olduğunu, heyvanlarının bu səbəbdən tələf olduğunu və ona yüz min manat ziyan dəydiyini iddia edir.
Astara rayon Baytarlıq idarəsindən isə "Report"un yerli bürosuna iddiaların əsassız olduğu bildirilib: "Şaban Məmmədov dərmanı dozadan artıq istifadə edib".
Qeyd edək ki, tələf olan heyvanlardan analiz nümunələri götürülüb. Yekun rəy ekspertizadan sonra məlum olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə