Ata körpəsini öldürdü, ana “süddən boğulub” dedi - VİDEOREPORTAJ
13:52 31.05.2021
Arxiv
488
Bakının Binəqədi rayonunda atanın körpə övladını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub.
“Report” xəbər verir ki, 1 yaşlı oğlu Ruzini qətlə yetirən 28 yaşlı Vüsal Əliyev paytaxtda fəhləliklə məşğul olurmuş. O, hadisənin baş verdiyi evə təxminən iki həftə əvvəl köçübmüş və orada kirayədə qalırmış.
Qonşular deyir ki, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə yollanan V.Əliyev 2020-ci il təvəllüdlü körpəsini boğaraq öldürüb.
Yeganə övladının ölümünə inana bilməyən V.Əliyevin həyat yoldaşı körpənin cansız bədənini götürərək kiçik bir ümidlə olsa da, küçəyə qaçıb. Köməyə gələnlər Ruzinin öldüyünü görüblər. O isə qonşulara “uşağı əmizdirəndən süddən boğulub” deyib. Lakin ilkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Ev sahibi Təvəkkül İsmayılov kamera önündə danışmaq istəməsə də, bildirib ki, hadisənin törədildiyi evdə yaşayanlar çox sakit ailə olub. Ev sahibinin sözlərinə görə, bir həyətdə yaşasalar da, bu müddət ərzində dava-dalaş səsləri eşitməyib.
Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat