ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ məsələsi qaldırılıb
12:55 08.07.2018
Arxiv
440
Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb.
AzərTAC-ın verdiyi məlumata görə, deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeydsiz-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib.
ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.
ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region