"Azərbaycan Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi"
09:45 28.03.2019
Arxiv
438
"Rəsmi Bakı Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Paşinyan müxtəlif siyasi manipulyasiyalarla məsuliyyətdən yayınmağa çalışırdı, Ermənistanı bugünə qədər həyata keçirdiyi işğalçılıq siyasətindən kənarda tutmağa səy göstərirdi. Formalaşmış danışıqlar formatını dəyişməyə cəhd göstərirdi. Ancaq Azərbaycan buna yol vermədi:
"Ötən bir il müddətində Paşinyanın bu cəhdlərinə qarşı rəsmi Bakı həm diplomatik müstəvidə, həm hərbi, siyasi müstəvidə ciddi qərarlar həyata keçirməklə və ciddi addımlar atmaqla onun bu cəhdlərini tamamilə neytrallaşdırdı.
Danışıqlar masasına qayıtmağa məcbur etdi. Bunun bir istiqaməti heç şübhəsiz ki, beynəlxalq təşkilatlarla iş oldu. Azərbaycan tərəfinin təzyiqindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar formatının dəyişməz olduğunu bir daha bəyan etdilər. Bunun ardınca isə Avropa İttifaqının rəsmiləri eyni bəyanatı təkrarladılar. Buna paralel olaraq Azərbaycan təmas xəttində hərbi güc nümayiş etdirməklə bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu işğalçı ölkəyə göstərdi. Danışıqlar olmazsa, onun yeganə alternativinin müharibə ola biləcəyi reallığını Ermənistana xatırlatdı”.
Parlament üzvünün sözlərinə, həyata keçirilən bu işlər, atılan addımlar, nümayiş etdirilən qətiyyət Paşinyanı məcbur etdi ki, Azərbaycan Prezidenti ilə görüşə razılıq versin:
"Burada qətiyyən formatın dəyişdirilməsindən söhbət gedə bilməz. Hətta onun dəyişdiriləcəyinə Ermənistanda ən optimist siyasətçi belə inanmır.
Çünki Ermənistanın daxili auditoriyasında da, mətbuatında da bunun baş tutmayacağına əmindirlər. Əgər biz Ermənistanın informasiya resurslarını izləsək görəcəyik ki, Paşinyanın danışıqlardan imtina edə biləcəyi Ermənistan cəmiyyətində əslində müharibənin başlaması xəbərdalığı kimi də qəbul olunurdu.
Görünür, ermənilərin keçirdiyi son Təhlükəsizlik Şurasının iclasında da bu məsələlər geniş götür-qoy edildi və bir daha Azərbaycanın real gücü, real beynəlxalq nüfuzu nəzərə alındıqdan sonra Paşinyan bu cür danışıqlara razılıq vermiş oldu.
Bu bir növ Azərbaycanın işğalçı Ermənistanı yenidən danışıqlar masasına qayıtmağa məcbur etməsi kimi qiymətləndirilməlidir. Əks təqdirdə Azərbaycanın həm iqtisadi gücü, həm siyasi gücü, həm də beynəlxalq nüfuzu ona imkan verir ki, Azərbaycan digər vasitələrlə öz torpaqlarını azad etsin. Mən düşünürəm ki, bu reallığı Paşinyan qiymətləndirməlidir və nəhayət 2019-cu ildə gözlədiyimiz substantiv danışıqlar başlamalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm