Azərbaycan investisiya yatıran ölkəyə çevrilir
07:38 24.10.2018
Arxiv
753
“Star” neft emalı zavodu Azərbaycanla Türkiyə arasında reallaşdırılan ilk layihə deyil və son da olmayacaq
Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verir. Əsasən, emal sənayesinə və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Şübhəsiz ki, ən mühüm layihələr qardaş Türkiyə ilə birlikdə reallaşdırılır. "Əsrin müqaviləsi” çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan” boru kəməri Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, eyni zamanda xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Azərbaycan və Türkiyənin mühüm birgə meqa-layihələri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan TANAP və TAP kəmərləri də daxildir.
Ortaq işlərin möhtəşəm uğurlarından biri də ötən gün İzmirdə açılışı keçirilən "Star” neft emalı zavodunun işə düşməsidir. Bu hadisə Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir. Çünki sözügedən layihə ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirəcək və enerji sahəsində qarşılıqlı fəaliyyəti bir qədər də möhkəmləndirəcək. Ekspertlərə görə, "Star” zavodu Türkiyədə iqtisadi təhlükəsizliyin formalaşmasına töhfə verə biləcək gücə malikdir. Zavod strateji əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda Türkiyənin iqtisadi təhlükəsizliyinə dəstək kimi qiymətləndirilə bilər. 6.3 milyard dollar dəyəri və Türkiyədə son 30 ildə real sektorda ən böyük investisiya layihəsi olan bu zavod Türkiyənin xam neft emalına olan tələbatının 25 faizini ödəmə gücünə sahibdir. Zavod Türkiyə daxili bazarı üçün dizel, təyyarə yanacağı, neft, ksilen və digər məhsullar istehsal edəcək. Zavodun illik istehsal gücü 4.8 milyon ton dizel, 1.6 milyon ton təyyarə yanacağı və 1.6 milyon ton neft təşkil edir. "Star” zavodu Türkiyənin illik 28.1 milyon tona çatan neft emalı gücünu 33 faiz artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1.5 milyard dollar qənaət etməsinə səbəb olacaq.
Zavodun əhəmiyyəti ilə bağlı "Şərq”ə açıqlama verən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Azərbaycan əvvəllər xarici ölkələrin investisiyasını cəlb etməkdə maraqlı idisə, artıq investisiya yatıran ölkəyə çevrilib. Analitikin sözlərinə görə, "Star” neft emalı zavoduna sərmayə qoyan Azərbaycan Türkiyədəki investorlar arasında birinci yerdə qərarlaşıb:
"Bildiyiniz kimi, neft emalı zavodu çox strateji məqsədlər üçün Türkiyədə qurulub. Enerji siyasətinin Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilməsi regionda geosiyasi vəziyyətin dəyişdiyini göstərir. Son zamanlar bölgədə baş verən hadisələr, Türkiyə və Azərbaycanın regional statusunun daha da artması, Azərbaycanın Türkiyə-Rusiya, İran-Rusiya arasında körpü rolunu oynaması rəsmi Bakının mövqeyini gücləndirib”.
Z.Məmmədov bildirib ki, "Star” neft emalı zavodu Azərbaycanla Türkiyə arasında reallaşdırılan ilk layihə deyil və son da olmayacaq:
"Bundan əvvəl Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi və nəticədə Qərblə Şərqi birləşdirən nəqliyyat dəhlizinin açılması, eyni zamanda Şimalla Cənubu qovuşduran nəqliyyat xətti üzərində iş aparılması olduqca mühüm layihələrdir. Şübhəsiz ki, bizi qarşıda yeni ortaq layihələr gözləyir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə