E.Soltan bəyan edib ki, Azərbaycan 1991-ci ildən indiyə kimi müstəqil idarə olunan unitar respublikadır:
"Azərbaycanda uzun illər davam edən sabitlik inkişafımızı sürətləndirir"
14:53 21.08.2018
Arxiv
807
" Dünyada tanınan reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının inkişafına dair obyektiv açıqlamalar verməsi ölkəmiz adına sevindiricidir”
Bu sözləri "Sherg.az”a ADA-nın politoloq Elnur Soltan söyləyib.
Onun qənaətincə, "Standart & Poor”s” Agetliyinin 2018-2021-ci illər ərzində Azərbaycan iqtisadiyyatının üç faiz artacağı barədə proqnozu təsadüfi deyil:
"Azərbaycan neftinin qiyməti dünya bazarlarında 75 dollar civarlarındadır. Neft ixracından ölkə büdcəsinə gələn gəlirlərin miqdarı xeyli çoxdur. Bunun da Ümum Daxili Məhsulların (ÜDM) həcminə təsirləri böyükdür. Azərbaycan neftinin qiyməti bu trenddə davam edərsə, 2018-2021-ci illər ərzində iqtisadiyyatda üç-dörd faiz artım gözləmək mümkün olacaq. Qeyri-neft sektorunun ən yaxşı inkişaf etmiş sahələrindən biri də turizmdir.
Son vaxtlar xarici ölkələrdən Azərbaycana turist axını güclənib. Bu sahədə xidmət və digər elementlər öz həllini tapsa, ölkəmizdə turizm daha yaxşı inkişaf edəcək. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatına qatqısı olan sahələrdən biri olan kənd təsərrüfatında da müəyyən artımlar müşahidə olunur. Amma bu artımlarla yanaşı kənd təsərürüfatında problemlər də mövcuddur. Həmin problemlər aradan qaldırılsa, bu sahənin ölkə iqtisadiyyatına qatqıları daha çox olacaq. 2017-cildən indiyə kimi kənd təsərrüfatında 30 faizə yaxın artım müşahidə olunması heç də təsədüfi deyil. Yəni qeri-neft sektorunun inkişafı strateji yol xəritəsində nəzərdə tutulan şəkildə davam edərsə, bu sahədə dinamik inkişafın şahidi olacağıq. Bütün faktorlar nəzərdə tutulduğu kimi həyatə keçirilsə, "Standart & Poor”s” Reytinq Agentliyinin Azərbaycanın iqtisadiyyatı barə açıqladığı proqnoz öz reallığını tapacaq”.
E.Soltan bəyan edib ki, Azərbaycan 1991-ci ildən indiyə kimi müstəqil idarə olunan unitar respublikadır:"27 illik müstəqillik dövrümüzdə əldə etdiyimiz uğurlar çoxdur. Bunlardan da biri Azərbaycanın MDB ölkələri içərisində orta aylıq əməkhaqqına görə beşinci yerdə olmasıdır. Rusiyanın Milli Araşdırmalar Universitetinin Sosiyal Siyasət Tədqiqatları İnustitutunun ölkəmiz haqqında belə bir açıqlama verməsi bizim üçün sevindiricidir. Məncə, Azərbaycan belə göstəricilərdə digər dövlətlərə nisbətən daha çox irəliləyəcək. Çünki bunun üçün əlimizdə kifayət qədər gücümüz var. Həmçinin Azərbaycan kimi dövlət belə reytinq cədvəlində ön sıralarda olmağa layiqdir”. "Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycandakı sosial və siyasi sabitliyin ölkə iqtisadiyyatnın inkişafına müsbət təsir göstərməsi fonunda olan açıqlamaya diqqət çəkən politoloq qeyd edib ki, Agentliyinin bu istiqamətdə olan açıqlaması sonuna kimi doğrudur:
Politoloq onu da əlavə edib ki, bir ölkədə sabitlik yoxdursa, o dövlətdə heç bir sahə öz yolunda olmaz:
"Azərbaycanda 1990-cı ilin əvvəlində siyasi qarışıqlıq, hakimiyyət çevrilişi müvcud idi. Amma hakimiyyətdə sabitlik, idarəçilik yaranan kimi xalq arasında da əmin-amanlıq yarandı. Ölkəmizdə uzun illərdir siyasi stabillik hökm sürür. Hər kəs Azərbaycanın inkişafına can atır. Məncə, ölkəmizin bu vəziyyətə çatmasında səlis idarəçiliklə yanaşı xalqın iradəsi və əzmkarlığının da rolu böyükdür. Ölkəmizdə siyasi qarışıqlıq baş versəydi, biz belə zirvələri fəth edə bilməzdik.
Çünki qeyri-sabitlik ölkənin iqtisadiyyatına, əhalinin rifahına, sənayenin inkişafına ciddi ziyan vuran faktordur. Buna nümunə kimi üzdəniraq qonşularımızı misal çəkə bilərik. Ermənistan heç vaxt siyasi və sosial sabitlik olmayıb. Əhalinin aksiya və mitinqsiz günü yoxdur. Ona görə də işğalçı qonşumuzda belə acınacaqlı vəziyyət yaşanır. Amma Azərbaycanda uzun illər davam edən sabitlik inkişafımızı sürətləndirir. Ümüd edirəm, Azərbaycan hər zaman bu istiqamətdə irəliləyib, bir çox uğurlara imza atacaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə