"Çində keçirilən "Bir kəmər, bir yol” İkinci Əməkdaşlıq Forumunda Azərbaycanın iştirakı ölkəmizin bu geosiyasi layihəyədə əsas ölkə olduğunun göstəricisidir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, "Bakı-Tiflis-Qars”, "Şimal-Cənub Nəqliyyat” dəhlizi dəmir yolları Çinin "Bir kəmər, bir yol” strategiyasına daxildir:
"Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyasıdır. Çindən dəmir yolu vasitəsi ilə daşınan yüklər Avropaya Bakı-Tiflis-Qars dəmiryolu üzərindən yola salınıb. Azərbaycanın bu layihə çərçivəsində Çinlə strateji yaxınlaşması çox mühümdür. Bununla Çin kimi nəhəng siyasi və hərbi gücə malik bir ölkənin Qarabağ münaqişəsində dəstəyini ala bilərik. Bundan əlavə, iqtisadi və hərbi-texniki birgə layihələrin icrasına reallaşdıra bilər”.
Ekspertin sözlərinə görə, Çin dünyanın ikinci iqtisadi gücünə malikdir, siyasi-hərbi imkanları genişlənməkdədir: "Çin bu layihə vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqdə əsas yollara nəzarət mexanizmini əldə etməyə çalışır. Bu da ABŞ-la ciddi rəqabət deməkdir. Azərbaycan bu iki nəhəng ölkələr arasında davam edən rəqabət fonunda öz milli siyasi xəttinə uyğun olaraq faydalanmalıdır.
Çinlə Azərbaycanın əməkdaşlığı müxtəlif sahələri əhatə edə bilər. Bura iqtisadi və hərbi-texniki əməkdaçlıq daxildir. Göründüyü kimi Çində bu əməkdaşlıqda maraqlıdır. Çin prezidenti Tsi Sipinin Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ölkəmizin siyasi və regional əhəmiyyətini vurğulaması, rəsmi Pekinin regionda Azərbaycanla strateji əməkdaşlıqda maraqlı olduğunu göstərir. Çin prezidentinin ölkəmizə səfərinin planlaşdırlması artıq iki ölkə arasında yeni inkişaf mərhələsinin başlanması deməkdir”.
Siyasi şərhçinin sözlərinə görə, Çin dünyanın inkişaf etmiş hərbi texniki imkanlarına malikdir:
"Azərbaycanın Çinlə hərbi-texniki əməkdaşlıq müqaviləsi bağlaması reallaşa bilər. Çindən yeni artilleriya və raket silahaları, həmçinin Qrıcı təyyarələrin alınması, birgə istehsalı mümkündür. Çin də bunda maraqlıdır.
Çünki, yeni silah bazarı uğrunda ölkələr arasında rəqabət gedir. Çin prezidentinin ölkəmizə səfərində yeni hərbi əməkdaşlıq müqavilələri bağlanmasını istisna etmirəm. Bu gün Ermənistan Çinlə müəyyən dərəcədə hərbi əməkdaşlığa can atır. Azərbaycan buna imkan verməməli və Çinlə əməkdaşlığı yüksəsk səviyyəyə qaldırmalıdır.
Çinin Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində Azərbaycanın mövqeyini dəstəkləyir. Bizim bu ölkə ilə silah müqaviləmiz, Rusiyadan silah alışı aslılığımız kifayət qədər azaldacaq. Həmçinin Azərbaycanın da silah alışı alternativ imkanlarnın genişlənməsi, Ermənistanı pat vəziyyətə salır”.
İsmayıl