Azərbaycanın futbol millisi Litva ilə heç-heçə etdi
16:34 25.03.2019
Arxiv
759
Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
ONA-nın məlumatına görə, yığmamız 2019-cu ildə ilk dəfə doğma meydanda qüvvəsini sınayıb. Litva ilə görüş həm də komandamızın bu il keçirdiyi ilk yoxlama matçı olub.
Ötən ay millinin baş məşqçisi təyin olunan Nikola Yurçeviçin Bakıdakı ilk sınağı "Bakcell Arena”da gerçəkləşib. AVRO-2020-nin seçmə mərhələsinə uğursuz start verən komandamız Xorvatiyada aldığı 1:2 hesablı məğlubiyyətdən sonra daha zəif rəqiblə üz-üzə gəlib.
Avropanın ən zəif yığmalarından olan Baltikyanı ölkə təmsilçisi ilə matçın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Lakin dəqiqələr ötdükcə millimiz təşəbbüsü ələ alıb və hücumlar bir-birini əvəzləyib. İlk təhlükəli vəziyyəti isə Riçard Almeyda yaradıb. Milliləşdirilmiş braziliyalı Araz Abdullayevin ötürməsini məntiqi sonluqla bitirə bilməyib. Ardınca Eddi İsrafilov da hesabı açmağa yaxın olub. Lakin o, Təmkin Xəlilzadənin ötürməsini lazımınca dəyərləndirməyib. İsrafilovun zərbəsi qapının üstündən keçib.
32-ci dəqiqədə rəqib Səlahət Ağayevi narahat edib. Amma litvalılar da çərçivəyə düşə bilməyiblər.
Komandamız Fyodor Çernıxın hücumunun cavabını Ramil Şeydayevlə verib. Lakin meydana çıxdığı son 4 matçda fərqlənən hücumçumuz da fasiləyə öndə yollanmağımızı təmin etməyib.
İkinci 45 dəqiqə də eyni ssenari üzrə keçib. Millimiz rəqibi müdafiə olunmağa vadar edib. Topa daha çox yiyələnən N. Yurçeviçin yetirmələrinin hesabı açmaq cəhdləri bir-birini əvəz etsə də, sonda ya qeyri-dəqiqlik, ya da litvalıların inamlı oyunu fərqlənməyimizə mane olub. Düzdür, Mahir Mədətov və Ramil Şeydayev bir neçə dəfə uğurlu keçidi və zərbələri ilə diqqət mərkəzinə düşüblər. Amma bu hesabı xeyrimizə dəyişməyə kömək etməyib. Əvəzetmələrin çoxluğu görüşün sonlarının daha sönük keçməsinə səbəb olub. Əks hücumlara bel bağlayan qonaqlar da təhlükəli epizodlar yaratmaqda çətinlik çəkiblər. Nəticədə Əli Babayevin də debüt etdiyi görüş başladığı hesabla da yekunlaşıb - 0:0.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 8-də keçirəcək. Komandamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk ev matçında Macarıstanı qəbul edəcək.
25 mart
18:00. Azərbaycan – Litva - 0:0
Baş hakim: Fesnik Horatiu (Rumıniya)
Bakı. "Bakcell Arena”
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev (8. Emin Mahmudov, 85), 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (10. Mahir Mədətov, 64), 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov (19. Əli Babayev, 75), 16. Rüfət Dadaşov (9. Namik Ələskərov, 65), 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda (13. Dmitri Nazarov, 46), 21. Təmkin Xəlilzadə (22. Mirabdulla Abbasov, 88)
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Maqomedaliyev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 15. Ömər Buludov
Baş məşqçi: Nikola Yurçeviç
Litva: 1. Emilijus Zubas (12. Dziugas Bartkus, 46), 2. Linas Klimaviçius, 3. Marrus Palionis, 8. Egidijus Vaitkunas (4. Vytautas Andriuskevicius, 88), 10. Paulius Golubickas (6. Justinas Marazas, 62), 11. Arvydas Novikovas (17. Mantas Kuklys, 82), 14. Vykintas Slivka, 18. Modestas Vorobjovas, 21. Nerijus Valskis (15. Deimantas Petravicius, 46), 22. Fyodor Çernıx (k) (13. Saulius Mikoliunas, 65), 23. Rolandas Baravykas
Ehtiyat oyunçular: 16. Ernestas Setkus, 5. Algis Jankauskas, 9. Donatas Kazlauskas, 20. Rimvydas Sadauskas
Baş məşqçi: Valdas Urbonas
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region