Azərbaycanlı həkim daha bir uğura imza atdı
06:09 05.08.2021
Arxiv
1037
Azərbaycanın Bariatrik Metabolik Cərrahiyyisənin Laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası da möhtəşəm uğurlarında daha biri - “Aşırı piylənməsi olan xəstələrdə Bariatrik - Metabolik cərrahi müalicənin optimallaşdırılması” adlı layihə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization, WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilərək Dünya dövlətlərinin sırasına daxil edildi.
Oxu.Az xəbər verir ki, azərbaycanlı həkim - cərrah, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov və komandası daha bir uğura imza atıb.
Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatıdır. Mərkəzi qərargahı Cenevrə şəhərində yerləşən bu qurum əqli mülkiyyət sahəsində ən önəmli beynəlxalq konvensiyaların idarəçiliyi ilə məşğuldur.
Hazırda 193 ölkə WIPO-nun üzvüdür. Azərbaycan isə 1995-ci ildən bu təşkilatın üzvüdür.
Xatırladaq ki, indiyədək dünyanın bir çox nəşrlərində 2013-2017-ci illərdə hazırladığımız bu metod barədə elmi məqalələr dərc olunub. 2017-ci ildə bu təşkilata ölkəmizdə belə bir metodun tətbiq olunması ilə bağlı müraciət olunub və 1 il ərzində WIPO tərəfindən aparılan araşdırmalardan sonra 2018-ci ildə bu yeni modifikasiya təşkilatın mərkəzi olan Cenevrə ofisinin rəsmiləri tərəfindən qəbul olunub və adı çəkilən təşkilatın saytında dərc olunub.
Bu metodun tətbiq olunması ilə ölkəmizdə də son illərdə çəkisi 170kq - 247kq arasında olan çox sayda pasiyent sahib olduqları çəkilərinin yarısından çoxunu itirərək daimi sağlamlıqlarına qovuşublar.
Artıq Azərbaycan cərrahiyyəsi də WİPO sıralarında təmsil olunur.
Qeyd edək ki, bu sahədə qazanılan uğurda Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin rəhbər heyətinin və Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının bütün kollektivinin zəhməti var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə