Bakcell “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin nəticələrini elan edir
16:10 18.10.2016
Arxiv
496
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən "Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində Bakı SOS Uşaq Kəndində yaradılan "Gənclərin Karyera və İnkişaf Mərkəzi” bütün lazımi avadanlıqlarla təchiz edilib. 68 nəfər gənc bu mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi və mühasibatlıq kurslarını müvəffəqiyyətlə bitirib. Təlimləri uğurla bitirən gənclər sırasından 5 nəfər isə artıq öz kiçik biznesini quraraq işləməyə başlayıb.
Bununla yanaşı, "SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsində gənclərin məşğulluğu bölümü yaradılıb. Bu layihə çərçivəsində mərkəzdə keçirilən təlim və kursları tamamlayan 50 nəfər gəncin CV-ləri həmin bölümə əlavə edilib. Bölümdə həmçinin sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və məşğulluq imkanlarının əldə edilməsi üçün əlavə faydalı məlumat var. Bölümə keçid: http://soschildren.az/1/static/33
Qeyd edək ki, bu layihə SOS UK Azərbaycan Assosiasiyasının benefisiarlarını və Təhsil Nazirliyinin tabeçiliyində olan müvafiq qurumların xidmət etdiyi uşaqları və gəncləri əhatə etməklə onların məşğulluq imkanlarının genişləndirilməsi və bu sahədə bilik və səriştələrinin artırılması üçün həyata keçirilib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar və gənclərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət