Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
06:29 21.08.2018
Arxiv
644
Xəbər verildiyi kimi paytaxt Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazırlanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, tədbirlərin həyata keçirilməsi ilə əsas magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.
Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur.
İstənilən halda iş prossesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanmış və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanıb.
Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.
Yeni, müxtəlif təyanatlı texnikaların alınması istiqamətində işlər davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm