"“Bakı Prosesi” Azərbaycanın beyin mərkəzinə çevrilməsində mühüm rol oynayıb" - Kulturoloq

Bu gün sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı
Prosesi”nin əsasının qoyulmasından 10 il ötür. 
Belə ki, 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edilib. Beləliklə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiyaolunub. Bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinədair "Bakı Bəyannaməsi” qəbul edilib.
"Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə” layihəsi təşəkkül tapıb. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilib. 2011-ci ilin 7-9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub.
Bu uğurları yüksək qiymətləndirən kulturoloq Aydınxan Əbilov "Sherg.az"a bildirib ki, Azərbaycan artıq sivilizasiya və ya beyin mərkəzinə çevrilib:
"Ölkəmizdə keçirilən forumlar, sivilizasiyalararası görüşlər, mədəniyyət nazirləri və keçmiş dövlət başçılarının Bakıya cəm olmasını fikirlərimizin təsdiqi hesab edə bilərik. Bundan başqa Şərq və Qərb sivilizasiyanın, xristian və müsəlman dünyasının qovşağında yerləşən Bakı beyin mərkəzi olaraq müxtəlif ölkələrin verə bilmədiyi mesajların dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Baxın, Beynəlxalq Muktikultural Mərkəzin Azərbaycanda yerləşməsi təsadüfi deyil. 
Mərkəz olaraq biz çalışırıq ki, Azərbaycanın dəyərlərini dünyaya daşımaq üçün bu plantformadan istifadə edək. Yaxın gələcəkdə ölkəmizdə bununla bağlı çoxsaylı tədbirlər planlaşladırılır. Ötənlərdə Humanitar Forum baş tutdu. Hamımız bunun şahidi olduq. Azərbaycan bəşəriyyətə, dünya ictimaiyyətinə müraciətlər olundu və bu forumda bir sıra kulturoloji sənədlər qəbul edildi. Bu mənada hesab edirəm ki, "Bakı Prosesi” çox mühüm əhəmiyyətə malikdir".
Ayyət Əhməd