Bakıda ciddi qaz təchizatı problemi yaşanır - SİYAHI
11:42 17.10.2016
Arxiv
493
Havaların soyuq keçməsi ölkə ərazisində kommunal xidmətlərlə bağlı ciddi problem yaradıb. Qaz təchizatında yaşanan ciddi problem isə daha çox gündəmə gəlib.
Lent.az-a daxil olan şikayətlərə görə, Ayna Sultanova küçəsi, H.Əliyev (İnqilab) küçəsi, Təbriz küçəsi, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi, Masazır rayonu Rafiq Dünyamalıyev küçəsi, Biləcəri qəsəbəsi, Bakı şəhər 7-8-ci mikrorayon ərazilərində, 4-cü mikrorayon ərazisində, Ramana qəsəbəsi Aşurbəyovlar küçəsi, Yasamal rayonu, Abşeron rayon Höküməli qəsəbəsi, Günəşli rayonu ərazisində yerləşən yaşayış massivlərində ciddi qaz təchizatı problemi yaşanır.
Biləcəri qəsəbəsində sakinlər qazla yanaşı, su qıtlığı da çəkir.
Xətai rayonu Zığ yolu üzərindəki yaşayış massivlərində qazın təzyiqi aşağıdır. Bakı şəhər 7-8-ci mikrorayon ərazisində yaşayan sakinlərin dediklərinə görə, artıq üç gündür ki həmin ərazidə yaşayış evlərində qaz gəlmir. Bundan başqa, "Vorovski" qəsəbəsində artıq neçə gündür qazın təzyiqi çox azdır.
Xəzər rayonu Binə qəsəbəsinə isə 1 həftədir qaz gəlmir. Saray qəsəbəsində də eyni zamanda həm su, həm də qaz problemi var.
Xırdalan sakinlərin dediyinə görə, həmişə qış gələn kimi qaz yoxa çıxır. Hazırda isə Xırdalan sakinləri həm su, həm işıq, həm də qaz problemi yaşayır. Nizami rayon Keşlə qəsəbəsində qaz demək olar, yox dərəcəsindədir.
Maştağa qəsəbəsi, Yasamal rayonu, Binəqədi qəsəbəsi, Yeni Yasamal, Xalqlar Dostluğu sakinləri də qazın gəlməməsi, təzyiqinin az olması ilə bağlı şikayət edirlər.
Sakinlər işıq və qazsız ciddi problem yaşadıqlarını və qaz olmadan evləri isitməyin mümkün olmadığını deyirlər.
"Havalar soyuyanda qaza tələbat artdığından əhali daha çox qazın təzyiqinin zəif olmasından şikayət edir”. "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Lent.az-a açıqlamasında deyib ki, son üç gün ərzində ölkə ərazisində qeydə alınan soyuq hava ilə əlaqədar əhalinin qaz verilişinə tələbatı artıb və buna görə qaz təchizatında ciddi problemlər ortaya çıxıb. İ.Kərbəlayev deyib ki, 15-16 oktyabr tarixlərində respublika üzrə 1 milyon 193 min kubmetr qazın verilişi təmin olunub: "Havaların soyuması nəticəsində əhalinin təbii qaza olan tələbatı artdıqca, istehlakçılara təbii qazın verilişi də artır. "Azəriqaz"-ın 104 və 185 saylı Çağrı Mərkəzlərinə də şikayətçilər müraciət edirlər. Şikayətlər nəzərə alınaraq əməkdaşlarımız tərəfindən zəruri işlər görülərək çatışmazlıqlar aradan qaldırılır”.
Qurum rəsmisi onu da qeyd edib ki, yaşayış evlərinin isidilməsi üçün əvvəlcə debitor borcu olmayan qazanxanalara qazın verilişi təmin olunacaq : " Digər qazanxanalarla bağlı aidiyyatı orqanlara müraciət olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət