Bakıda ər-arvad məhkəmə zalındaca qandallandı
12:22 20.10.2016
Arxiv
500
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Hacıyev və həyat yoldaşı Qızbahar Hacıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin dəfələrlə çağırılmasına baxmayaraq məhkəməyə gəlməməsini əsas gətirib və onlar barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.
Hakim bildirib ki, məhkəmənin hazırlıq iclası dəfələrlə təyin olunsa da, təqsirləndirilən şəxslər prosesə gəlmədiyinə görə iclas təxirə salınıb.
Məhkəmə verilən vəsatəti təmin edib və hər iki şəxs məhkəmə zalında həbs olunub.
Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Qusar rayon sakini olan ər-arvad Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət