Bakıda piyada səkilərinin vəziyyəti öyrənilir
17:20 21.08.2018
Arxiv
831
Nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək
Paytaxtda piyada səkilərinin vəziyyəti ürək açan deyil. Bakı Nəqliyyat Agentliyində keçirilən mətbuat konfransında agentlik rəsmiləri bildirib ki, bir çox yerlərdə piyada səkilərinin və avtobus dayanacaqlarının zəbt edilməsi faktları aşkarlanıb. Qurum tərəfindən həmin problemlərin aradan qaldırılması istiqamətində icra hakimiyyətləri ilə birgə işlər aparılıb.
Xezerxeber.az bildirir ki, Bakının rayonlarında piyada səkilərinin vəziyyətinin öyrənilməsi üçün Bakı Nəqliyyat Agentliyi yoxlamalara başlayıb. Bəzi rayonlarda piyada səkilərinin olmaması və ya standartdan kənar olması müəyyən edilib.
Baki Nəqliyyat Agentliyinin şöbə müdiri Fuad İsmayılov bildirib ki, səkilərlə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir. Belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır. Agentlik rəsmisi qeyd edib ki, rayon icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində bu problemlərin bir qismi aradan qaldırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Bakıda mövcud olan və qrum tərəfindən yeni yaradılacaq taksi dayanacaqları məsələsinə toxunub. O qeyd edib ki, Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək.
Qeyd edək ki, hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə