"Bakıda reproduktiv dövrdə olan qadınların 30 faizi ailə qurmur"
10:34 19.10.2016
Arxiv
372
"Son illər Bakıda reproduktiv dövrdə olan qadınların 30%-ə qədəri ailə qurmayıb". Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva deyib. E.Əliyeva vurǧulayîb ki, reproduktiv saǧlamlıǧa təsir edən amillərdən biri də gənclərin vaxtında ailə qurmamasıdır: "Müşahidələrə görə, reproduktiv dövrdə olan hər 3-4 gəncdən biri ailə qurmayıb. Bu gün gənclərin düzgün ailə qurmasına ehtiyac var və onlar ailə ilə bağlı düzgün maarifləndirməlidir".
E.Əliyeva qızların gec ailə qurmasına da toxunub: " Indi qızlar gec ərə gedir, statusunu qaldırır, işi, təhsili, pulu olmasını arzulayır. 35 yaşda ailə quran qızın isə xroniki xəstəliklərə meylliyi həddən çox artır. Bu qızların saǧlam uşaq doǧma ehtimalı da az olduǧundan daha çox qeysəriyyə kəsiyinə maraq çoxalır".
E.Əliyeva qohum nikahına qarşı olduğunu da deyib. O qeyd edib ki, insanlar uzaqdan olanlarla nikaha üstünlük verməlidirlər: "Bakı kəndlərində ailələr hətta 4-5 dəfə qohum olurlar. Buna qarşı əks təbliğat aparılmalıdır". Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə əlavə edib ki, Azərbaycanın regionlarına uyğun olaraq ginekoloji patologiyalar, endemik xəstəliklər fərqlənir: " Regionlara xas xəstəliklər fərqli olduǧundan hamiləlik patologiyaları da fərqli yaşanır". Onun sözlərinə görə, qızlar nə qədər gec ailə qurarsa, xroniki xəstəliklər artır, hamiləliyin risk qrupuna daxil olurlar və bu qrupda olan ana ölümlərinin sayı da yüksək olur. Ona görə də vaxtında düzgün ailə qurmaq lazımdır.
Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva isə deyib ki, regionlar arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur: "Sadəcə regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da ailə qurmağa təsirini göstərmiş olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət