Bakıda “Shacman” 10 maşını tank kimi əzdi - YENİLƏNİB




Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
APA-nın xəbərinə görə, paytaxtın Ziya Bünyadov prospektində "Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
Xəsarət alanların sayı və qəzanın təfərrüatları müəyyənləşdirilir.
Hazırda Ziya Bünyadov prospektinin əsas yolunda hərəkət dayandırılıb. Hərəkətin nizamlanması istiqamətində tədbirlər görülür.
Qəzanın səbəbləri araşdırılır.