Bakının əsas yollarında sürət həddi azaldıldı
10:30 17.10.2016
Arxiv
466
Bakı Nəqliyyat Agentliyi yollardakı vəziyyətlə bağlı açıqlama yayıb. BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova Lent.az-a bildirib ki, oktyabrın 17-si axşam saatlarından başlayaraq Bakı şəhərində davam edən yağışlı hava şəraiti səbəbindən bəzi küçə və prospektlərdə avtomibillərin sıxlığı müşahidə edilməkdədir. Mövcud vəziyyəti nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.
"Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb. Qeyd edilən avtomagistrallarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, 120 km/saat-dan 100 km/saata, 100 km/saat-dan 80 km/saata, 80 km/saatdan 60 km/saata endirilib. Bununla yanaşı faktiki hava şəraiti səbəbindən yollarda yaranan tıxacların minimuma endirilməsi, nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə yollara nəzərət də gücləndirilib.
Gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerlərinə və istədikləri məkana vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. İlk növbədə bütün daşıyıcılara tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Göstərişə əsasən həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır. Göstərişə əməl etməyən daşıyıcılara qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək. Vətəndaşlardan xahiş edirik ki, ictimai nəqliyyatda qarşılaşdıqları hər hansı qayda pozuntusu ilə bağlı Alo 141 Çağrı Mərkəzinə müraciət etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət