Baş nazir onu intihar fikrindən daşındırıb toya apardı: “Heç nə insanın həyatına son verməsinə səbəb ola bilməz”
08:38 08.07.2018
Arxiv
806
Türkiyənin baş naziri Binəli Yıldırım, "15 iyul Şəhidlər Köprüsü”ndən özünü atmaq istəyən vətəndaşı intihar fikrindən daşındırıb.
Sherg.az Türkiyənin "Yeni Şəfəq” qəzetinə istinadən bildirir ki, baş nazir intihar etmək istəyənə təsəlli vermək üçün öz xidməti avtomobilinə mindirərək, ona su verib.
"Gəl bərabər gedək”
Hadisə dünən axşam saatlarında yaşanıb. Tuzladakı evindən çıxan Binəli Yıldırım İstanbulun Avropa səmtinə gəlirmiş. İntihara cəhdi görən baş nazir, maşın konvoyunu saxladaraq özünü köprüdən atmağa çalışan vətəndaşın yanına gedib. Qarşısında baş naziri görən T.T adlı vətəndaş, intihar fikrindən daşınıb. Yıldırım qorumalarının köməyi ilə vətəndaşı təsəlli edib, ona su içirməyə çalışıb: "Gəl gedək” deyərək əlindən tutduğu vətəndaşı xidməti avtomobilinə aparıb, yanında oturdub. Hətta baş nazir T.T ilə birlikdə mədəniyyət və turizm naziri Numan Kurtulmuşun qızının nikah mərasiminə də gedib.
"Hər qaranlığın sonunda bir aydınlıq var”
Xidməti avtomobildə başlayan söhbət toy mərasiminin keçirildiyi salonda da davam edib. Baş nazir Yıldırım – "Bir daha belə şeylər ağlına gətirmə. Heç nə insanın həyatına son verməsinə səbəb ola bilməz. Hər kəsin depressiyaya düşdüyü günlər olub. Belə halda Allaha sığınmaq və səbr etmək lazımdır. Hər qaranlığın sonunda bir aydınlıq var. Cənabı Haqqdan əsla ümidimizi kəsməməliyik. Bundan sonra hər şey daha gözəl olacaq, özünü sıxma” - deyib.
İlk yardım baş nazirin həkimləri tərəfindən edilib
Taksi ilə hadisə yerinə gəlmiş T.T-nin körpünün ortasında taksidən tullandığı və sinəsindən yaralandığı məlum olub. İlk tibbi yardım baş naziril həkimləri tərəfindən edilib. Vətəndaş sonra təsili yardım maşını ilə xəstəxanaya aparılıb.
40 yaşındakı T.T-nin qardaşları ilə yaşadığı problemlər səbəbilə depressiyaya düşdüyü və həyatına son vermək istədiyi iddia edilir.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual