Baxçalı nazir olacaq, ya spiker?
12:52 07.07.2018
Arxiv
739
“MHP lideri hansısa vəzifəyə razılıq versə, şəxsi nüfuzunu itirər”
Türkiyə Böyük Millət Məclisinin yeni deputatları iyulun 8-də vəzifələrinin icrasına başlayacaqlar. Artıq Məclis sədrliyinə kimin namizəd olacağı müzakirə olunmaqdadır. İddialara görə, hakim AKP ilə birlikdə yeni hökumətdə təmsil olunmaq niyyətində olmayan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı təcrübəli və yaşlı deputat kimi Məclis başqanı seçilə bilər.
Lakin Türkiyənin baş naziri Binəli Yıldırım da ölkə parlamentinin spikeri ola biləcəyini istisna etməyib. Baş nazir bəyan edib ki, prezident Rəcəb Tayyib Ərdoğan onun namizədliyini parlament spikeri vəzifəsinə irəli sürərsə, etiraz etməyəcək.
Qardaş ölkədəki proseslərlə bağlı "Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev bildirib ki, 24 iyun seçkisinin nəticəsi olaraq, Ərdoğan geniş səlahiyyətli prezidentə çevrildi və hökuməti qurmaq ixtiyarına sahib oldu. Buna baxmayaraq, Ərdoğanın rəhbərlik etdiyi AK partiya parlament üstünlüyünü təkbaşına qazana bilmədi:
"Parlamentdə mühüm qərarların qəbul olunması üçün MHP-nin səslərinə ehtiyac var. Hərbi çevriliş cəhdindən sonra AKP-ni siyasi olaraq dəstəkləyən MHP-nin bəzilərinin iddia etdiyi kimi "qoltuq partiya” olduğunu düşünmürəm. Əvvəlki dönəmlərdə Ərdoğana qarşı sərt mövqedə olan Dövlət Baxçalı yeni sistemi dəstəkləməklə sırf dövlət marağına xidmət etdiyini bildirib. Güman etmirəm ki, şəxsən Baxçalı hansısa nazir kürsüsünə iddialıdır. Parlament sədri vəzifəsi isə əslində işçi bir vəzifədir və ağır bir işdir. Baxçalının bu vəzifəni üzərinə götürəcəyini zənn etmirəm. Baxçalı bu vəzifəyə getməyə razılıq verərsə, şəxsi nüfuzunu itirə bilər.
Lakin düşünürəm ki, partiya rəsmilərindən nazir kürsüsü əldə edənlər olacaq”. Analitikin fikrincə, Baxçalı dağılmaq ərəfəsində olan partiyanı parlamentə daşımaqla yenidən dirçəltmək şansı qazanıb: "Meral Akşenerin partiyadan qopmasından sonra Baxçalının 10 faizlik barajı aşaraq yetərli sayda mandat qazanması onun reabilitasiyası ola bilər. Yaxın iki ildə proseslərin yeni məcraya yönələcəyinin şahidi olacağıq. Məncə, Türkiyədə növbədənkənar seçki qaçılmazdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat