“Belçikalı nümayəndələrin bu addımı işğala aciz dəstəkdir”- ŞƏRH





"Fransız dilli ölkələrin Ermənistana xüsusi simpatiyasının olması sirr deyil”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Ekspert xatırladıb ki, bu yaxınlarda İrəvanda fransızdilli ölkələrin 17-ci sammiti keçirildi. Sammitin Ermənistanda keçirilməsi üçün çalışan Paşinyan bu tədbir vasitəsi ilə çoxsaylı fransızdilli ölkələrdən siyasi və iqtisadi dəstək almaq məqsədini güdürdü.Təbii ki, Dağlıq Qarabağ məsələsində küncə sıxışıdırılan Ermənistan bu təzyiqləri neytrallaşdırmaq üçün əks həmlələr palanlaşdırırdı: 

"ABŞ prezidentinin milli təhlükəsizlik məslələri üzrə müşaviri Con Boltonun Qafqaz səfəri, bölgədə sabit sülhün əldə olunması üçün gətirdiyi təkliflər böyük mənada Ermənistanın gələcək inkişafı üçün persepektivlər açır. Lakin bölgədə gərginliyin davam etməsini istəyən müxtəlif qüvvələr sabit sülhün təmin olunmasında maraqlı deyil. Bu siyahıda Ermənistanın qara günündən bəhrələnən zəngin erməni diasporası da var. Məhz bu diasporanın qızışdırıcı faliyyətinin təsirindən Ermənistanın qonşu olkələrlə dostluq şəraitində yaşamasına əngəllər törədilir. Fransızdilli ölkələr siyahısından olan Belçika parlamentarilərinin Dağlıq Qarabağa qeyri-qanuni səfərləri də bu qəbildəndir. 

Azərbaycanın nəzarətində olmayan torpaqlarına qanunsuz səfərlər edən rəsmi, lakin səlahiyyətli olmayan bəzi siyasətçilərin atdıqları addımlar beynəlxalq hüquq normalarına zidd olması ilə yanaşı təmsil etdikləri dövlətlərlə ikitərəfli münasibətlərimizə ciddi ziyan vurur. Təbii ki, belə şəxslər avtomatik olaraq Azərbaycanın "qara siyahı”sına düşürlər”. 

Analitikə görə, bu sayaq səfərlər ilk dəfə baş vermir. İndiyə qədər ATƏT-in həmsədər ölkələri olan Rusiya və Fransa rəsmilərinin də anoloji hərəkətləri olub:

 "Azərbaycanın sərt reaksiyasından sonra isə bu ölkələrin XİN nümayəndələri dərhal bəyanat verərək Dağlıq Qarabağı Azərbaycan əraziləri kimi tanıdıqlarını bildiriblər. Bu yaxınlarda Fransa şəhər merlərinin Qarabağa səfərləri ilə bağlı Azərbaycan tərəfinin haqlı narazılığına cavab olaraq Fransa XİN ölkəmiz qarşısında üzrxahlıq etdi. Boltonun Paşinyana xitabən Dağlıq Qarabağ problemini tezliklə həll edilməsinə başlamağın zəruriliyini bildirməsindən sonra erməni liderinin "bu prolemin həllində diospora sorumludur” deməsi də bir çox mətləblərə üstüörtülü işarədir. Bununla Paşinyan problemin həlli üçün bütün imkanlara malik olmadığını vurğuladı. Ona görə də Boltonun regiona səfərini çox əhəmiyyətli hesab edirəm”.

İsmayıl