Beləsi görünməmişdi: Nəhəng hörümçək qorxutdu




Gördüyünüz ən böyük hörümçək bu ola bilər! Avstraliyanın Queensland əyalətində Lauren Ansell adlı qadın, bağçasındakı  şüşə  qapıda gördüyü nəhəng hörümçək qarşısında donub qaldı.
Xarici KİV-in məlumatına görə, Avstraliyanın Queensland əyalətində Mount Coolum milli parkı sahəsində yaşayan Lauren Ansell və əri yemək bişirərkən çaşqına dönüb.
Lauren Ansell, bağçaya açılan şüşə qapının üstündə təxminən bir yemək qabından daha böyük, təxminən 30 - 35 santimetr boyunda nəhəng bir hörümçək görür.
Əri isə bağçada yemək hazırlayırdı. Zərərsiz kimi görünən nəhəng hörümçək yenə də görüntüsüylə qorxu saldı.

"Onu öldürmək istəmirdik. Amma bizə bu qədər yaxınlaşmasını da istəmirdik. Olduqca xoşbəxt və canlı görünürdü. Ona Aragog adını verdim" deyən Lauren Ansell və əri hörümçəyi öldürməyib. Nəhəng hörümçək bir müddət sonra öz-özünə ortadan itib.
Hörümçəyin fotosunu çəkib ictimai mediada paylaşan cütlük bu qədər böyük bir hörümçəyi canlı-canlı ilk dəfə görüklərini söyləyir.