Benzinin qiymət artımının Tarif Şurası ilə əlaqəsi yoxdur
17:56 20.08.2018
Arxiv
710
"Bu, birbaşa sahibkarların müəyyənləşdirdiyi qiymətdir və sahibkarlar tərəfindən bu xərclər elan olunub"
""Aİ-95" markalı benzin Azərbaycana xaricdən idxal edilir və qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasının bu markalı benzinin qiymətinə təsir imkanları yoxdur”.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov ölkəmizə xaricdən idxal edilən "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin artmasını şərh edərkən deyib.
O bildirib ki, sahibkarların da verdiyi məlumata görə, "Aİ-95" markalı benzinin qiymətinin artması birbaşa onun xərcinin artması ilə bağlıdır: "Sahibkarların verdikləri məlumata əsasən, "Aİ-95" markalı benzinin xərci 1 manat 40 qəpikdir və sahibkarlar da bunu 1 manat 50 qəpiyə sataraq gəlir əldə etməyə çalışırlar. Bu, birbaşa sahibkarların müəyyənləşdirdiyi qiymətdir və sahibkarlar tərəfindən bu xərclər elan olunub".
Ekspertin sözlərinə görə, Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin qiyməti isə məhz Tarif Şurası tərəfindən tənzimlənir: "Tarif Şurası "Aİ-92" markalı benzinin qiymətini dəyişmək və ya tənzimləmək imkanına malikdir. Amma "Aİ-95" və digər markalı benzinlər isə idxal olunan benzinlərdir".
İqtisadçı bildirib ki, son qiymət artımlarının tənzimlənən qiymətlərlə birbaşa əlaqəsi yoxdur: "Çünki söhbət sahibkarların gətirdiyi benzinin xərcinin və ona uyğun olaraq qiymətinin artmasından gedir. Bu baxımdan da güman olunmur ki, "Aİ-95" markalı benzinin qiyməti ilə "Aİ-92" markalı benzinin qiyməti arasında hər hansı bir əlaqə var. Təbii ki, belə bir əlaqə yoxdur".
""Aİ-92" markalı benzinin qiyməti dəyişə bilərmi?” sualına ekspertin cavabı belə olub ki, bununla bağlı qərarı Tarif Şurası verir: "Qərar inzibati yolla Tarif Şurası tərəfindən verildiyi üçün bunu proqnozlaşdırmaq çətindir. Amma biz "Aİ-92" markalı benzinin qiymətinin artırılmasının tərəfdarı deyilik. Bu, birbaşa onunla bağlıdır ki, söhbət idxal olunan benzinlərin qiymətlərində artımlardan gedir və ölkəmizdə istehsal olunan benzinin xərcinin artması müşahidə edilmir".
"Eyni zamanda Azərbaycan neft ölkəsidir. Azərbaycana daxil olan valyutanın həcmində, o cümlədən dövlət gəlirlərinin həcmində artımlar baş verib. Dünyada neftin qiymətinin Azərbaycan üçün məqbul səviyyədə olduğunu, dövlət gəlirlərinin də artdığını nəzərə alsaq, "Aİ-92" markalı benzinin və dizel yanacağının qiymətinin artması arzuolunan deyil"- deyə o bildirib.
Ekspertin fikrincə, indiki halda hökumət çalışmalıdır ki, yerli istehsal olan yanacaq məhsullarının qiymətinin sabit saxlamasına nail olsun: "Tənzimlənən, Tarif Şurası tərəfindən qiyməti müəyyənləşdirilən yanacaq məhsullarında qiymət artımı arzuolunan deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya