"BİR DƏQİQƏLİK SÜKUT" - Harada və necə yaranıb ? - OXUYUN !



Dünyanın əksər ölkəsini birləşdirən bir ənənə var. Bu ənənə həmin ölkələrdə baş verən qırğın, soyqırım nəticəsində dünyasını dəyişənlərin və vəfat etmiş hansısa tarixi, siyasi şəxsiyyətlərin ruhuna hörmət əlaməti olaraq xatirələrinin "bir dəqiqəlik sükut"la yad edilməsidir. Heç düşünmüsünüzmü bu ənənə haradan gəlir və necə yaranıb ? 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, sözügedən ənənə ilk dəfə 1912 -ci ildə Portuqaliyada, bu ölkənin müstəqilliyi ilə bağlı böyük fədakarlıqlar nümayiş etdirərək xalqın böyük rəğbətini qazanan Joze Maria da Silva Paranosun ölümündən sonra baş tutub.

İlk dəfə olaraq onun ruhuna hörmət əlaməti olaraq xatirəsi 10 dəqiqəlik sükutla yad edilib. Amma sonradan 10 dəqiqə ərzində sakitliyi təmin etmək mümkün olmayıb. Məhz ona görə, 1919-cu ildə Britaniya Krallığında bu, 5 dəqiqəyə endirilib. Daha sonra bir avstraliyalı jurnalist 5 dəqiqənin də çox olduğunu və bu müddət ərzində sakitliyi təmin etməyin çətin olduğunu iddia edərək 2 dəqiqə təklif edib. Bundan sonra əksər ölkələrdə 2 dəqiqə qeyd olunub. Daha sonra zaman keçdikdə, 2 dəqiqə də azalıb və 1998- ci ildə Fransa parlamenti bunun bir dəqiqəyə endirib. Və 2000-ci ildən bu yana isə müddət daha da azalmağa başlayıb. Ən azı isə İtaliyada - 11 saniyə qeyd olunub. 

Tərcümə etdi: Ayyət ƏHMƏD