BMT- dən həyacan təbili:"Bu ölkədə 2 milyona yaxın uşaq aclıqdan əziyyət çəkir"




Yəməndə 2 milyona yaxın uşaq müharibənin gətirdiyi kasıblıq,  nəticəsində yetərincə qidalanmama və ya aclıqdan əziyyət çəkir. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər veri ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) həyacan təbili çalıb. 

Artıq bu haray Dünya Səhiyyət Təşkilatı (DST) və Dünyanın Qida Proqramı ilə bağlı təşkilatına da çatıb. Və onlar 3 gün ərzində həmin ölkəyə səfər ediblər. 

Məlum olub ki, Yəməndə 2 ildən artıqdır ki, davam edən müharibə nəticəsində yayılan vəba epidemiyası nəticəsində 1900 nəfər ölüb, 400 min nəfərdə isə bu virusa aid simptomlar aşkarlanıb. 

DST-nın verdiyi məlumata görə, ölkə əhalisinin 60 faizi aclıqdan və onun yaratdığı epidemiyalardan əziyyət çəkir. 

Tərcümə etdi: Ayyət ƏHMƏD