BŞİH -də müşavirə: Bir sıra məmurlar ciddi cəzalandırıldı
08:12 27.03.2019
Arxiv
516
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.
Qurumdan "Sherg.az"a verilən xəbərə görə, müşavirədə qeyd olunmuşdur ki, bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilmişdir. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən foto materiallar nümayiş etdirildi, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildı və məsələ ciddi nəzarətə götürüldü.
Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün, Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilmiş, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyyə olunmuşdur. Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilmişdir. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verildi.
Müşavirədə həmçinin qeyd olunmuşdur ki, Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin bu vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.
Qeyd olunmuşdur ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaqdır.
Müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunmuşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət