"Bu işğalı rəsmiləşdirməkdir" - Dünya Trampın Qolan təpələri ilə bağlı qərarına sərt reaksiya verdi
18:51 25.03.2019
Arxiv
562
ABŞ prezidenti Donald Trampın Qolan təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmi olaraq tanıdığını elan edən qərarından sonra dünya bu qərara çox sərt reaksiyalar verib.
"Sherg.az” bildiri ki, Fələstin lideri Mahmud Abbas deyib ki, Qüds üzərində və ya hər hansı bir ərəb torpağının suverenliyinə toxunan hansısa qərar qanuni deyil.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Qolan təpələrini İsrailin işğal etdiyi ərazilər hesab etdiyini və İsrailin ilhaqını tanımağı planlaşdırmadığını açıqlayıb.
Nazirlikdən edilən yazılı şərhdə, "Qolan təpələrini İsrail işğalı altındakı torpaq olaraq görürük. İsrailin 1981-ci ildəki ilhaqını dəstəkləmirik. Torpaqların işğal edilməsi beynəlxalq hüquq çərçivəsində, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Konvensiyası ilə qadağan edilir" - deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Trampın qərarını tənqid edərək deyib ki, bu qərar beynəlxalq hüquqa zidddir:
"Bu qərar Yaxın Şərqdəki gərginliyi artıra bilər. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qərarlarını heçə sayan bu cür addımlar vəziyyəti daha da pisləşdirir”. Zaxarova qeyd edib ki, əvvəllər bu qərarla bağlı Rusiyadan bir sıra bəyanatlar verilib.
Avropa Birliyi tərəfindən də Qolan təpələri ilə bağlı qərara etiraz edilib:
"İsrailin 1967-ci ildən bəri işğalında olan torpaqlardır ki, biz İsrailin bu ərazilərdə suverenliyini tanımırıq. Bu torpaqları İsrailin bir parçası olaraq görmürük. Bizim mövqeyimiz dəyişməyib”.
Həmas lideri İsmayıl Həniyyə Qolan təpələrinin Suriya torpaqlarının bölünməz bir parçası olaraq qalmağa davam edəcəyini qeyd edib.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region