"Bu Konvensiya ilə regionda sabitlik 5 qat artıq möhkəmləndi" - Səməd Seyidov
14:11 21.08.2018
Arxiv
944
"Xəzərin hüquqi statusu haqqında Konvensiya öz çəkisinə, əhəmiyyətinə və təsir gücünə görə,
başqa konvensiyalarla oxşar deyil”.
"Sherg.az” xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.
O qeyd edib ki, digər Konvensiyalar hansısa münasibətləri tənzimləyirsə, Xəzərin hüquqi statusu barədə Konvensiya 5 Xəzəryanı dövlətin bütün sahələrdə əməkdaşlığına xidmət edir:
"Dəniz sərhədlərimizin təhlükəsizliyi bu Konvensiya vasitəsilə daha da möhkəmləndirildi. Konvensiyanın imzalanması zamanı Prezident İlham Əliyevin erməni işğalından söhbət açması təsadüfi deyildi. Qarabağın və ətraf rayonların işğal olunması ilə Azərbaycanın sərhədləri pozulub. Xəzərin hüquqi statusu haqqında Konvensiya isə Azərbaycanın müstəqilliyini, suverenliyini möhkəmləndirir. Müstəqillik möhkəmlənirsə və bu beş ölkəyə də aid olursa, Xəzəryanı dövlətlər razılığa gəlib, əməkdaşlıq şəraitində fəaliyyət göstərirlərsə, deməli, regionda sabitlik 5 qat artıq möhkəmləndi. Ona görə, bu anlaşma Azərbaycan prezidenti tərəfindən tarixi sənəd kimi qiymətləndirildi.
Xəzərin hüquqi statusu haqqında Konvensiya "Xəzərin konstitusiyası” adlandırılır. Bu da təsadüfi deyil. Çünki konstitusiya ana qanundur və ali sənəddir. Bu, bütün regiona müsbət nəticələr vəd edir və beş dövlət arasında bütün əlaqələrin formalaşması deməkdir”.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin özünəməxsus "Konstitusiyası” olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə