"Bu proseslər Ermənistanı təcrid vəziyyətinə salıb" - Professor
13:04 02.11.2018
Arxiv
740
"Hər keçən gün Ermənistanda vəziyyət daha da pisləşir”
Bu sözləri "Sherg.az”a Ermənistanın regional təcridinin dərinləşməsindən danışarkən politoloq, professor Fikrət Sadıqov söyləyib.
Onun qənaətincə,Azərbaycan Türkiyə və Azərbaycan Gürcüstan münasibətlərinin bu səviyyəyə çatması ölkəmizin diplomatik uğurlarıdır:
"Çünki biz bu alliansların yaranmasına təşəbbüs göstərmişik, müxtəklif görüşlər keçirmişik. Hazırda da ərazi bütövlüyümüz naminə bir sıra işlər görülür. Xarici dövlətlərin Azərbaycana diqqətini cəlb edirik. Daim ölkədə irimiqyaslı layihələr həyata keçirilir. Xarici dövlətlər ölkəmizin ərazi bütövlüyünü tanıyır və bu mövqedən imtina etmək fikrində də deyillər. Ermənistanda yaranan vəziyyət göz qabağındadır. Faktiki olaraq separatçı ölkənin Azərbaycan və Türkiyə ilə əlaqələri yoxdur.
Demək olar ki, Ermənistanın iqtisadi durumu dalana dirənib. Onların xarici və daxili siyasətlərində heç bir müsbət hal müşahidə olunmur. İşğalçı ölkədə daxili siyasət isə qarşıdurma şəklində parlament seçkilərinə getməklərindən ibarətdir. Ermənistan daxilindəki siyasi partiyalar, muxtar qruplaşmalar ölkədə çaxnaşma yaradacaq. Nikol Paşinyan parlamentdə tamaşa qurub, oyunlar oynayır. İstər xarici, istərsə də daxili siyasətdə onun heç bir uğuru yoxdur.
Əlbəttə, bunların hamısı bir sıra dövlətlərin reaksiyasına səbəb olur. Həmin dövlətlərdən biri də Rusiyadır. Nikol Paşinyanın Qərblə Rusiya arasında oynaması şimal qonşumuzu qıcıqlandırır. Təbii ki, Qərb ölkələri və ABŞ onlara silah almağı təklif edir. Lakin silah almaq asan məsələ deyil. İşğalçı ölkənin maddi vəziyyəti çox gərgindir. Ermənilərin pulu yoxdur. Onlar sadəcə dilənirlər. Bu kimi proseslər Ermənistanı təcrid vəziyyətinə salıb. Hər halda işğalçı ölkə regionda təcrid durumdadır. Hətta Ermənistanın bir sıra sağlam düşüncəli insanları da bunu təsdiq edir. Düşünürəm ki, separatçı ölkənin vəziyyəti daha da pisləşəcək. Azərbaycanın hazırkı inkişafı göz qabağındadır. Siyasi addımlarımız və iqtisadi uğurlarımızla Ermənistana təzyiq göstəririk”.
Qeyd edək ki, 30 oktyabr tarixində İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət