“Buz adam”ın sirri açıldı

Alimlər 10 il sonra onun kürəyinə sancılmış daşdan olan ox başını tapdılar
Ötzi İtaliyanın şimalında yerləşən Ötztal dağlarının təpəsində 5300 il əvvəl kürəyindən oxla vurulub.
Sherg.az-ın xarici mətbuata istinadən xəbərinə görə, oxun ürəyinin arteriyasına tuş gəlməsi səbəbindən, böyük ehtimalla o bir neçə dəqiqə ərzində qan itkisindən ölüb. Bədəni buzlaqların altında donan adam, dünyanın ən qədim və ən yaxşı qorunan mumiyası kimi tarixə keçib. Ötzi ilk dəfə 1991-ci ildə kəşf edilib. Elm insanları 10 il sonra da onun kürəyinə sancılmış daşdan olan ox başını tapdılar. Buz adam Ötzi hazırda İtaliyanın şimalında, Cənubi Tirol Arxeologiya Muzeyinin ən əhəmiyyətli parçasıdır.
Aysel