Ceyhun Bayramov Belçikanın yeni səfirini qəbul edib
14:51 09.08.2021
Arxiv
631
9 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansın etimadnaməsinin surətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov səfir Mişel Pitermansı təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. Eyni zamanda, o, Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən bəhs edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Səfir Mişel Pitermans öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. Səfir, iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Belçika arasında iqtisadi, ticarət, kommersiya və təhsil sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub və qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, habelə, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq