Ceyhun Bayramov Türkiyə XİN başçısının müavinini qəbul edib
10:10 13.09.2021
Arxiv
531
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb.
Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini Faruk Kaymakçı nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd edib. Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya