CHP HDP-ə dəstək verməklə özünü demokratik göstərmək istədi
13:03 07.07.2018
Arxiv
530
Kılıçdaroğlu və onun partiyasının aparıcıları PKK-nın nə olduğunu yaxşı bilirlər
Məlumdur ki, Türkiyədə 24 iyun seçkilərində Cümhuriyyət Xalq Partiyasının seçicilərinin bir hissəsi PKK-nın siyasi qanadı hesab olunan HDP-yə səs veriblər. Məhz bu sayədə kürdlərin partiyası 10 faizlik seçki baryerini keçməyi bacarıb.
Sədr Kamal Kılıçdaroğlu da bunu etiraf edib və müəyyən məsələlərə nail olmaq üçün düşmən mövqe nümayiş etdirən bir siyasi təşkilata dəstək verdiklərini açıq şəkildə dilə gətirib. Ana müxalifət partiyasının bu addımı Türkiyə ictimaiyyətində narazılıq yaradıb. Prezident Rəcəb Tayyib Ərdoğan terrorçuları müdafiə edən təşkilatın dəstəklənməsinə görə CHP-ni sərt ittiham edib. Bildirib ki, Kılıçdaroğlunun sayəsində separatçı qruplaşmanın müəyyən etdiyi şəxslər millət vəkili kimi parlamentdə yer alacaqlar:
"Ölkəsini, millətini, cümhuriyyətini, dövlətini sevən hər CHP-çi vətəndaşımızı bu partiyanın rəhbərliyindən hesabat tələb etməyə dəvət edirik”. Ekspertlərə görə, HDP-nin öz bazası hesabına istənilən seçkiyə qatılmasına qanunlar mane olmur.
Lakin PKK-ya açıq dəstək ifadə edən bir təşkilatın Məclisdə 67 deputatla təmsil olunması bir çox problemlərin üzə çıxmasına səbəb ola bilər.
Mövzunu "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, CHP özünü daha demokratik göstərməyə çalışır. Həm də Avropada öz nüfuzunu gücləndirmək niyyətindədir: "CHP hakim AK patiyaya qarşı genişmiqyaslı fəaliyyət göstərir.
İYİ partiyaya 15 deputatın verilməsi, onlarla birlikdə seçki ittifaqı yaradılması da buna nümunədir. CHP bununla həm də daha böyük görünməyə cəhd göstərir. Təbii ki, Kamal Kılıçdaroğlu və onun partiyasının aparıcıları HDP-nin, yaxud PKK-nın nə olduğunu yaxşı bilirlər. Bu baxımdan CHP-nin hədəflərindən biri müxalifəti bütövlükdə əhatə etməkdir. Lakin partiya seçkilərdə buna nail ola bilmədi. Nail olsaydı, prezidentliyə namizəd olaraq irəli sürdükləri Məhərrəm İncə qalib gələr, yaxud prezident seçkinsinin ikinci turu keçirilərdi. İYİ partiya ilə qurulan "Millət İttifaqı” artıq parlamentdə mövcud olmayacaq. Bundan sonra müxalifətdə olan bütün partiyalar təkbaşına fəaliyyət göstərəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat