
Colan təpələri: Rusiya da, İran da eyni mövqedədir, amma erməni separatçıları...(Təhlil)
12:21 26.03.2019
Arxiv
613
"Erməni separatçılarını tələyə salmaq olar". Bunu "Sherg.az"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, erməni separatçıları ABŞ prezidenti Donald Trampın "Colan təpələrini İsrail ərazisi kimi tanıya bilərik” açıqlamasından həvəsləniblər:

"Ermənilər Xankəndidə Colan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmağa başlayıblar. Vaxtilə eyni paraleli Kosovayla bağlı aparmağa çalışırdılar. Ancaq serbləri müdafiə edən Kreml ermənilərin ağızlarının üstündən vurdu. "Dağlıq Qarabağ Respublikası" prezident aparatının "rəhbəri müavini” David Babayan Colan təpələri ilə Dağlıq Qarabağ arasında bu şəkildə paralel aparıb: "Donald Trampın Colan təpələrinin təhlükəsizliyi və bölgənin sabitliyinin qorunması baxımından İsrailə aid olması haqqındakı açıqlaması önəmli hadisədir. Bu Dağlıq Qarabağ konteksində də önəmlidir”. Erməni separatçı bu cümlə ilə demək istəyir ki, Colan təpələrini İsrailə ərazisi kimi tanıyan Tramp eyni yanaşmanı Dağlıq Qarabağa münasibətdə də nümayiş etdirməlidir. Erməni separatçının bu "istəyi” aydındır. Aydın olmayan və aydınlaşdırılmağa açıq olan başqa məsələdir".
Analitikin sözlərinə görə, Ermənistan hakimiyyətinin Suriyadakı rejimlə sıx əlaqələri var:
"Suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirirlər, ayrıca Suriyaya humanitar missiya göndəriblər. Bəşər Əsəd də ermənilərə simpatiya ilə yanaşır. Beynəlxalq aləm İsrailin işğalı altında olan Colan təpələrini Suriya torpaqları sayır. İndi belə çıxır ki, erməni separatçıları Colan təpələrini İsrail ərazisi saymaqla Suriya rejiminə arxa çevirirlər. Digər tərəfdən Ermənistanın ağası olan Rusiya Trampın açıqlamasını tənqid edərək, Colan təpələrini Suriya ərazisi sayır. İran da eyni mövqedədir. Elə biz də Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Demək, həm ruslara, həm iranlılara, həm də suriyalılara erməni separatçılarının onlara necə xilaf çıxdıqlarını xatırlatmaq lazımdır. Ancaq bu incə işlə hansı dövlət stukturumuz məşğul olacaq ki? Novruz bayramı ilə əlaqədar istirahət günləri hələ bitməyib..."
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya