Dehlidə havanın temperaturu 48 dərəcəyə çatıb
19:33 10.06.2019
Arxiv
655
Hindistanın paytaxtı Dehlidə havanın temperaturu iyunun 10-da günortadan sonra rekord həddə - 48 dərəcəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb. Bildirilir ki, bu göstərici paytaxt ətrafındakı Palam yaşayış məntəqəsində qeydə alınıb. Havanın belə yüksək həddə çatmasına quru külək də təsir göstərib.
Departamentin hava proqnozları üzrə məsul işçisi Kuldip Srivastava PTI agentliyinə müsahibəsində deyib ki, quru və isti küləyin hakim olduğu bu cür isti hava növbəti günlərdə cənub-qərb küləklərinin təsiri ilə bir neçə dərəcə sərinləyəcək. Departament şəhər əhalisini istidən qorunmaq üçün xəbərdar edib.
Xatırladaq ki, Dehlidə havanın yüksək temperaturu ilə bağlı əvvəlki rekord göstərici (47,8 C) 2014-cü il iyunun 9-da yenə Palamda qeydə alınmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial